RU

Qırmızıdan keçən sürücü ağır qəza törədib piyadanı da vurdu VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nəsimi rayonu, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NİİM-dən Avtosfer.az-a verilən məlumata görə, gəldiyi sürətlə svetoforun qırmızı işığında yolu keçən minik avtomobili hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılaraq, qaydalara əməl edib piyada zolağından istifadə edən iki piyadadan birini vurub. Digər piyada isə qəzadan son anda xilas ola bilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi dəfələrlə svetoforun qadağanedici işarəsinə əməl etməməyin nə qədər təhlükəli olduğunu əks etdirən hadisələrin videogörüntülərini yol hərəkəti iştirakçılarının diqqətinə çatdırıb. Bu istiqamətdə təbliğat və maarifləndirmə işləri aparılmasına baxmayaraq, təəssüflər olsun ki, bəzi sürücülər məsuliyyətsizlik edib bir neçə saniyə irəli düşməkdən ötrü başqalarının həyatını təhlükə altında qoyurlar.

Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, svetoforun qırmızı işığında dayanmaq - yalnız qanuni tələb yox, həm də insani məsuliyyətdir. Bu cür qayda pozuntusu piyada və digər sürücülərin həyatına son qoyur və ya onların xəsarət almaları ilə nəticələnir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
18
avtosfer.az

10Источники