RU

“Araz-Naxçıvan”dan yeni transfer

“Araz-Naxçıvan” Bruno Franko ilə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, braziliyalı sol cinah müdafiəçisi ilə anlaşma 1 illikdir. 27 yaşlı futbolçu ötən mövsüm Sofiya “Lokomotiv”ində çıxış edib.

“Lokomotiv”ə qədər o, Bolqarıstanın “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branco”, “Batatais”, “Mogi Mirim” klublarının formasını geyinib.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Cohen, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Избранный
5
19
futbolpress.az

10Источники