Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi nəticəsində Qəzza zolağında ölənlərin sayı 18 minə yaxınlaşıb. Yeniavaz.com “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat yayıb. “İsrailin Qəzza zolağına təcavüzü nəticəsində ölənlərin sayı 17 min 997-yə yüksəlib. Bu isə son 24 saatda ölənlərin sayının 297 nəfər artması deməkdir”, - nazirliyin nümayəndəsi deyib. O, 7 oktyabrdan bəri hücumlarda yaralananların sayının isə 49 min 229-a çatdığını bildirib.