RU

“Bavariya” və “Flamenqo” pley-offda – dünya çempionatında

“Bavariya” və “Flamenqo” FIFA Klublararası Dünya Çempionatının pley-off mərhələsinin ilk iştirakçıları olub.

Msport.az xəbər verir ki, “Bavariya” qrup mərhələsinin II turunda “Boka Xuniors”a qalib gəlib – 2:1.

İki turdan sonra Almaniya klubu 6 xalla C qrupuna başçılıq edir. Onları “Benfika” (4), “Boka Xuniors” (1) və “Oklend Siti” (0) izləyir.

Növbəti turda “Bavariya” – “Benfika”, “Boka Xuniors” – “Oklend Siti” qarşılaşmaları baş tutacaq. Görüşlər iyunun 24-də keçiriləcək.

Tunis təmsilçisi “Esperans” isə ABŞ-nin “Los-Anceles” klubuna qalib gəlib – 1:0. Bu nəticə sayəsində “Flamenqo” (6 xal) pley-offa vəsiqəni təmin edib. Çünki hərəyə 3 xalı olan “Esperans” və “Çelsi” qrup mərhələsinin son turunda üz-üzə gələcəklər. Oyun iyunun 25-də baş tutacaq. Paralel matçda “Los-Anceles” “Flamenqo” ilə qarşılaşacaq.

Qeyd edək ki, klublararası dünya çempionatı ABŞ-də keçirilir. Yarışda ilk dəfə 8 qrupa bölünən 32 komanda iştirak edir.

Избранный
23
37
msport.az

10Источники