RU

“Roma” və “Yuventus” “Vest Hem”in müdafiəçisi Aqerdlə maraqlanır

“Roma” və “Yuventus” “Vest Hem”in müdafiəçisi Nayef Aquerdlə maraqlanır.

Operativ Media xəbər verir ki, bu haqda jurnalist Canluka Di Marzio məlumat yayıb.

Mənbənin məlumatına görə, “Roma” nümayəndələri 29 yaşlı mərakeşli futbolçu üçün “Vest Hem”ə təklif göndəriblər. Lakin bu təklif klubdan ayrılan idman direktoru Florent Qisolfiyə ünvanlanıb. Romalıların yeni idman direktoru Frederik Massaranın Aquerd üçün danışıqları davam etdirmək niyyətində olub-olmadığı hələlik məlum deyil.

2024/25 mövsümündə Aquerd “Real Sosyedad”da icarə əsasında çıxış edib. O, 36 matçda meydana çıxsa da, qol vurmayıb. Futbolçunun “Vest Hem”lə müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.

Transfermarkt portalı Aquerdin transfer dəyərini 18 milyon avro olaraq qiymətləndirir.

Избранный
61
50
operativmedia.az

10Источники