Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ildə İrəvana səfərə dəvət edib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyan İstanbulun erməni icmasının nümayəndələri ilə görüşdə danışıb.
“Türkiyə prezidentini gələn ilin yazında keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştiraka dəvət etmək niyyətindəyəm. Tarix hələ dədiqləşdirilir. Ümid edirəm ki, Türkiyə lideri ilə növbəti görüş artıq İrəvanda olacaq”, - deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, N.Paşinyan iyunun 20-də Türkiyəyə ilk işgüzar səfərə yollanıb. O, səfər çərçivəsində Ərdoğanla görüş keçirib.