RU

Polşalı diplomatlar Qarabağa ikigünlük səfəri yüksək qiymətləndiriblər

Polşanın Azərbaycandakı diplomatları ölkədə akkreditə olunmuş diplomatik korpusun tərkibində Qarabağ regionuna ikigünlük səfəri çox maraqlı adlandırıblar.

Editor.az  xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Polşanın Bakıdakı səfirliyi Azərbaycan Respublikası Prezident Administrasiyasının kollektivinə diplomatik korpusun Qarabağa çox maraqlı və yaxşı təşkil olunmuş səfərinə görə təşəkkür edir”, – paylaşımda qeyd edilib.

Qeyd edə ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər qrupu Qarabağ və Şərqi Zəngəzur regionuna ikigünlük səfər edib.

Избранный
7
2
editor.az

3Источники