RU

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək. İlk reys 2 avqust tarixində həyata keçiriləcək.

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

 

Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır.

 

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

 

Tarix: 23 İyun 2025, 10:15   
Избранный
20
33
pravda.az

10Источники