RU

Azərbaycanlı hücumçu ilə 1 illik yeni razılaşma əldə olundu

"OİK-Xabarovsk" azərbaycanlı futbolçu Kamran Əliyevlə müqaviləni uzadıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə 1 illik yeni sözləşmə əldə olunub.

Paylaşımda bildirilir: "Əliyev Xabarovsk azarkeşlərinə yaxşı tanışdır.

2021/2022 mövsümündə 30 oyun keçirib, 4 qol və 4 məhsuldar ötürmə ilə komandanın "pley-off"a vəsiqə qazanmasına kömək edib, ötən il 34 oyuna 4 qolla hücum xəttinin vacib oyunçusu olub.

2024-cü ildə qayıtdıqdan sonra yenə komanda üçün qiymətli olduğunu sübuta yetirib. Yeni mövsümdə yeni qollar və parlaq epizodlar gözləyirik".

Kamran Əliyev yetirməsi olduğu "Ximki"də 88 oyuna 15 qol vurub. O, sonradan Tulanın "Arsenal" və 2023-ci ilin fevralından 2024-cü ilin iyununadək "Sumqayıt"da forma geyinib

. Əliyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə də cəlb olunub.

Избранный
20
21
sportinfo.az

10Источники