RU

FHN-in Sumqayıt Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirdi

BAKI, 23 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Şəhər Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Məşqdə heyətin şərti fövqəladə hadisə ilə əlaqədar ümumi idarəetmə fəaliyyəti simulyasiya edilib, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyət qiymətləndirilib, funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Избранный
71
1
teleqraf.com

10Источники