RU

“Biz bilirdik ki, onlar cavab verəcəklər Ağ evdən İranın hücumu ilə bağlı AÇIQLAMA

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası ötən həftəsonu ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra Tehrandan cavab tədbirləri gözləyirdi və Prezident Vaşinqtonun regional münaqişələrə hərbi müdaxiləsinin gücləndirilməsini istəmir.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin nümayəndəsi bildirib.

“Biz bilirdik ki, onlar cavab verəcəklər. Süleymani hadisəsindən sonra onların oxşar cavabı olmuşdu”, – rəsmi şəxs 2020-ci ildə ABŞ-nin hava zərbəsi nəticəsində öldürülmüş İran komandiri Qasım Süleymanini nəzərdə tutaraq qeyd edib.

Rəsmi şəxsin sözlərinə görə, Prezident Donald Tramp, lazım gələrsə, ABŞ-nin hərbi müdaxiləsini gücləndirməyə hazırdır. Tramp bazar ertəsi günorta milli təhlükəsizlik nümayəndələri ilə danışmalı idi və onun mövqeyinin dəyişməsi tamamilə mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
azpolitika.info

1Источники