RU

"Atletiko" qrupda qaldı, PSJ və "Botafoqo" növbəti mərhələdə

ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün qrup mərhələsinin 3-cü turu start götürüb.

"Atletiko Madrid" Braziliya təmsilçisi "Botafioqo"nu  1:0 hesabı ilə yenərək xalllarının sayını 6-ya çatdırıb. İspaniya təmsilçisinin yeganə qolunu 87-ci dəqiqədə Antuan Qrizmann vurub.

PSJ isə ABŞ təmsilçisi "Sietl Saunders"in sürpriz etməsinə imkan verməyib - 2:0 hesabı. Parislilərin heyətində Xviça Kvaratsxeliya (35) və Əşrəf Hakimi (67) fərqləniblər.

Beləliklə, B qrupunda PSJ və “Botafoqo” 6 xalla növbəti mərhələyə vəsiqə qazanıblar. Eyni xala malik "Atletiko" qrupda qalıbsa, bütün oyunları uduzan "Sietl Saunders" qrup sonuncusu olub.

Избранный
20
36
fanat.az

10Источники