RU

Azərbaycanda son 3 ildə dövlət standartlarının qəbulu 6 dəfədən çox artıb

Azərbaycanda son 3 ildə dövlət standartlarının qəbulu 6 dəfədən çox artıb.

"Report" xəbər verir ki, bunu Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş standartlaşdırma sahəsində maarifləndirici seminarda Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə isə 232 yeni dövlət standartı qəbul olunub.

Bildirib ki. 2021-ci illə müqayisədə 2024-cü ildə qəbul edilən standartların sayı 6 dəfədən çox artıb.

"Bu ilin yanvar-may aylarında isə 86 yeni dövlət standartı qəbul olunub. Eyni zamanda, standartlaşdırma sahəsində mövcud dövlət standartlarının təkmilləşdirilməsi, onların aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyən edilməsi məqsədilə normativ sənədlərin dövri yoxlaması aparılır. 2025-ci ilin ilk 5 ayında 45 dövlət standartının dövri yoxlaması həyata keçirilib", – deyə o qeyd edib.

Избранный
22
6
report.az

7Источники