RU

DİM: Qabiliyyət imtahanları üçün 36778 abituriyent qeydiyyatdan keçib

Ali təhsil və orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üçün 36778 abituriyent qeydiyyatdan keçib.

"Cebheinfo.az" xəbər verir ki, bunu DİM-in sektor müdiri Eltun Süleymanov Dövlət İmtahan Mərkəzinin jurnalistlər üçün qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə təşkil etdiyi mediatur zamanı deyib.

"Ali təhsil və orta ixtisas təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlayıb. İmtahanlar hazırda 3 istiqamət üzrə davam edir, musiqi ixtisası üzrə imtahanlar isə iyulun 1-dən başlayacaq. İmtahanların idarə olunmasında DİM-lə yanaşı müxtəlif nazirliklərin, ali və orta ixtisas təhsil müəssisələrinin və digər komitə və təşkilatların ekspertləri də imtahanın qiymətləndirilməsində iştirak edirlər",- o qeyd edib.

O bildirib ki, imtahanlar avqustun ortalarına qədər davam edəcək.

"Cebheinfo.az" 

Избранный
5
4
cebheinfo.az

10Источники