RU

Peşəkar Futbol Liqasının rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

Bakı, 24 iyun, AZƏRTAC

Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

PFL-dən AZƏRTAC-a bildirilib ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində Belarusun “Torpedo-BelAZ” və Şimali Makedoniyanın “Rabotniçki” komandaları arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma iyulun 10-da Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil ediləcək.

Избранный
16
3
azertag.az

10Источники