UEFA Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmova təyinat verib.

Offsideplus.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində oynanılacaq “Torpedo-BelAZ” (Belarus) - “Rabotniçki” (Şimali Makedoniya) matçının UEFA nümayəndəsi olacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Qarşılaşma iyulun 10-da Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutacaq.