RU

KONKAKAF: 1/4 final cütləri müəyyənləşdi

KONKAKAF Qızıl Kubokunda 1/4 finalçılar müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, Kanada və Honduras bu mərhələyə adlayan son komandalar olublar. 

Kanada yığması Salvadoru məğlub edib. Qarşılaşma 2:0 hesabı ilə başa çatıb.
Honduras isə Kurasaonu 2:1 hesabı ilə üstələyib.

Beləliklə, 1/4 final cütləri məlum olub:

ABŞ - Kosta Rika
Kanada - Qvatemala
Meksika - Səudiyyə Ərəbistanı
Panama - Honduras

Qeyd edək ki, KONKAKAF Qızıl Kubokunun son qalibi Meksika yığması olub.

Избранный
10
1
fanat.az

2Источники