Slovakiyada keçirilən 21 yaşadək futbolçular arasında Avropa çempionatında finalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarımfinalda İngiltərə Niderlanda 2:1, Almaniya isə Fransaya 3:0 hesabı ilə qalib gəlib.
Beləliklə, həlledici görüşdə İngiltərə və Almaniya milliləri üz-üzə gələcək. Final qarşılaşması iyunun 28-də Slovakiyanın paytaxtı Bratislavadakı "Tegelne Pole" stadionunda keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatının son qalibi İngiltərə seçməsidir. Bunadək həm ingilislər, həm də Almaniya yığması hərəyə 3 dəfə qitənin ən güclüsü olublar.