"Xankəndiyə gəlmədən öncə bu cür heyrətamiz şəhərlə qarşılaşacağımı düşünməzdim".
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın legioneri Kevin Medina deyib.
Kolumbiyalı müdafiəçi Ağdam klubunun rəhbərliyinin və futbolçularının Xankəndidə tələbələrlə görüşü barədə təəssüratlarını bölüşüb:
“Burada hər şey sürətlə baş verir. Yeni tikinti işləri aparılır, insanlar üçün hər bir şərait yaradılır.
Düşünürəm ki, şəhər sakinləri də çox xoşbəxtdirlər. İnkişaf göz önündədir. Hər şey möhtəşəmdir”.