RU

Kəlbəcərdə yük maşını çaya aşdı – Ölən var

Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb.

 

Tovuz rayon sakini 1998-ci il təvəllüdlü O. Mustafayev idarə etdiyi “HOWO” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çaya aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
14
6
heftelik.az

10Источники