RU

AFFA İcraiyyə Komitəsinin iclası

Dünən SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. AFFA prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

UEFA-nın “HatTrick investment” proqramı barədə qurumun baş katibi Cahangir Fərəcullayev məlumat verib. Layihə çərçivəsində nəzərdə tutulan bir sıra infrastruktur məsələlərinin icrası müzakirə edilib. 

Sonra Əvəzedicilər Liqasında ötən mövsümün gedişi, komandaların vəziyyəti, statistik göstəriciləri barədə məlumat verilib. Məsələ ilə bağlı Klublar Komitəsinin rəyi dinlənilib. 

Azərbaycan Futzal Federasiyasının təqdimatına əsasən, Yevgeni Kukseviçin yığmanın baş məşqçisi, Aleksey Kudlayın isə fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyinatı təsdiqlənib. İclasda qadın futbolunun perspektivləri bağlı məsələlər də diqqət mərkəzində olub. 

M.HACIXANLI 
XQ 

 

Избранный
17
2
xalqqazeti.az

10Источники