Klublararası dünya çempionatında qrup mərhələsinin 3-cü turunun daha 2 oyunu keçirilib.
QOL.az xəbər verir ki, bununla da son pley-offçular müəyyənləşib. H qrupunda "Real" (İspaniya) "Zalsburq"la (Avstriya), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) isə "Paçuka" (Meksika) ilə qarşılaşıb. Görüşlərdə Madrid təmsilçisi 3:0, Səudiyyə Ərəbistanı klubu isə 2:0 hesablı qələbə qazanıb.
Bununla da "Real" xallarının sayını 7-yə çatdırıb və qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. "Əl-Hilal" isə 5 xalla 2-ci yerin sahibi olaraq pley-offa adlayıb.
"Zalsburq" – "Real" - 0:3
Qollar: V.Junior, 40, F.Valverde, 45+3, Q.Qarsiya, 84
"Əl Hilal" – "Paçuka" - 2:0
Qollar: S.Əl Davsari, 22, M.Leonardo, 90+5