RU

Elman Nəsirov: Ermənistanda insan haqları total və sistemli şəkildə pozulur

BAKI, 27 iyun. TELEQRAF

"Sirr deyil ki, Ermənistanda despotik rejim mövcuddur. Sözügedən ölkədə insan haqları total və sistemli şəkildə pozulur".

Bu fikirləri Teleqraf-a Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, baş verən son hadisələr buna sübutdur:

"Rusiya və Ermənistan vətəndaşı, "Forbes"in yazdığına görə, varidatı 4 milyard dollardan çox olan Samvel Karapetyan həbs edilib. Həmçinin Eçmiədzinlə rəsmi İravan arasında münasibətlər ciddi şəkildə pozulub. Dövlətlə din arasında uçurum mövcuddur. Ermənistan xüsusi təyinatlılarının Eçmiədzinə müdaxiləsi, deputatın həbsi beynəlxalq insan haqları, qeyri-hökumət təşkilatlarının, daha açıq desək, ATƏT-in, AŞPA-nın, Avropa Parlamentinin gözü qarşısında baş verir. Amma bir susqunluq var, sanki müşahidəçi qismində iştirak edirlər. Qərb institutları reaksiya vermir, hüquqi qiymətləndirmə yoxdur. Ermənistan hakimiyyəti ittiham edilmir, sanki hər şey öz məcrasında gedir. Həmin beynəlxalq təşkilatların Azərbaycana münasibətdə başqa üzünü görürük. Onlar kiçik hadisələrdən elə hay-küy yaradırlar ki, sanki stəkanda fırtına qoparırlar. Guya Azərbaycanda insan hüquqları, demokratiya total şəkildə pozulur".

E.Nəsirov əlavə edib ki, Ermənistanda baş verən proseslər Qərb təsisatlarının iç üzünü açdı:

"Məlum olur ki, beynəlxalq təşkilatlar - ATƏT, AŞPA, Avropa Parlamenti Azərbaycandakı hadisələrə lupa ilə baxıb qiymət verirlər. Ancaq gözlərinin qarşısında Ermənistanda bu qədər böyük hadisələr baş verir, insan hüquqları pozulur, bunu görmürlər. Niyə sözügedən məsələləri hesabatlarına daxil etmirlər? Bu, ikili standartdır, selektiv yanaşmadır. Sözügedən hadisələr bir daha onu göstərir ki, müasir dünyada hüququn gücü qalmayıb. Azərbaycanda guya insan haqları pozulur, amma Ermənistanda baş verənlərə qarşı kar, kor və laldılar. Qeyd etdiyim kimi bu, ikili standartların təzahürüdür".

Избранный
53
49
teleqraf.com

10Источники