Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, kişi voleybolçular arasında Gümüş Avropa Liqası oyunlarına təyinat alıb.
İsmayılova iyunun 27-29-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək matçlarda supervayzer qismində hakimlərin işinə qiymət verəcək.
Yarışda Gürcüstan, Farer adaları və Lüksemburq komandaları çıxış edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта