RU

"Kəpəz" daha 3 futbolçusunu yola saldı

"Kəpəz" daha üç legioneri ilə vidalaşıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Müqaviləsi başa çatan Trent Buhagiar, Rati Ardazişvili və Kərim Lkoça ilə anlaşma yenilənməyib. Hər üç legioner "Kəpəz"i tərk edib. 

Yarımmüdafiəçi mövqeyində oynayan bu futbolçulardan gürcüstanlı olan Rati Ardazişvili cari mövsümdə 18 çempionat oyununda meydanda çıxıb. Maltalı Buhagiar 12 matçda forma geyinib. Mərakeş əsilli ispaniyalı Lkoça isə 33 görüşdə 1 qolla yadda qalıb.

Избранный
45
50
operativmedia.az

10Источники