RU

Mbappe “Yuventus”la oyunda meydana çıxa bilər

Madridin “Real” klubu hücumçu Kilian Mbappenin klublararası dünya çempionatının 1/8 final mərhələsində “Yuventus”a qarşı keçirəcəyi oyunda iştirak edə biləcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “AS” nəşri yayıb. Mənbənin məlumatına görə, iyunun 1-də baş tutacaq qarşılaşmaya qədər ulduz futbolçu daha üç məşqdə iştirak edəcək və bu müddət ərzində optimal formaya düşməsi gözlənilir.

Qeyd edək ki, Mbappe iyunun 19-da kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Lakin həmin günün axşamı o, evə buraxılmışdı. Xəbərlərdə futbolçunun xəstəlik dönəmində 4-5 kiloqram arıqladığı bildirilmişdi.

Buna baxmayaraq, fransalı hücumçu hazırda “Real”ın məşqlərində yüksək əhval-ruhiyyədə çalışır və görüşdə meydana çıxması üçün ciddi maneə yoxdur.

Избранный
24
43
90deqiqe.az

10Источники