RU

Mourinyo Sançonun “Fənərbağça”ya keçidini əngəllədi

“Mançester Yunayted”in vingeri Ceydon Sanço “Fənərbağça”ya keçməyə yaxın olsa da, transfer baş tutmayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo futbolçunun keçidini şəxsi qərarı ilə bloklayıb.

Portuqaliyalı mütəxəssis “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimlə Sançonun xarakteri və davranışları barədə fikir mübadiləsi aparıb. Nəticədə Mourinyo bu transferdən imtina edib. Bildirilir ki, təcrübəli baş məşqçi yalnız peşəkar yanaşmaya sahib futbolçularla işləmək istəyir və kluba yalnız maddi qazanc üçün gələcək oyunçuları komandasında görmək istəmir.

Hazırda onunla “Napoli” və “Yuventus” kimi klublar maraqlanır.

Xatırladaq ki, ötən mövsüm Sanço icarə əsasında “Çelsi”də çıxış edib. O, Konfrans Liqasının qalibi olan komandada turnir ərzində 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. London klubu onun çıxışından razı qalsa da, futbolçunu birdəfəlik transfer etməyə qərar verməyib.

Избранный
31
19
90deqiqe.az

10Источники