Bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” növbəti yoxlama oyununa çıxıb.


Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəqibi “Hermersberq” olub.


İlk yarıdan sonra Emrelinin komandası 7:0 hesabı ilə üstün olub. Yekunda isə “Kayzerslautern” 10:0 hesablı qələbəyə sevinib.


Start heyətdə meydana çıxmış azərbaycanlı forvard komandasının altıncı qolunu vurub.