Naxçıvanda 6 gün əvvəl avtomobilin vurduğu 64 yaşlı velosipedçi xəstəxanada ölüb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, iyun ayının 24-də yolda velosipedlə hərəkətdə olan Şərur rayonu Xanlıqlar kənd sakini, 1961-ci il təvəllüdlü Niftəliyev Fəxrəddin Yaqub oğlunu avtomobil vurmuşdu. Hadisədən sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən və koma vəziyyətində olan velosipedçi dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.