RU

"Sabah"ın rəqibi “Everton”dan ayrılan qapıçını transfer edib

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Sabah”la qarşılaşacaq Sloveniya klubu “Tselye” heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda İngiltərənin “Everton” klubu ilə müqaviləsi başa çatan gənc qapıçı Jan-Lyuk Libanı transfer edib. 22 yaşlı qolkiperlə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi olan “Sabah” UEFA Avropa Liqasındakı ilk oyununu iyulun 10-da Bakıda keçirəcək. Cavab qarşılaşması isə iyulun 17-də Sloveniyada baş tutacaq.

 

Избранный
9
10
90deqiqe.az

10Источники