RU

Saatlıda yeniyetmə əmisinə xəsarət yetirdi

Saatlı sakini əmisinə xəsarət yetirib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb.

Kənd sakini 16 yaşlı A.S. əmisinə - 1963-cü il təvəllüdlü Səttar Ağayevə şüşə ilə xəsarət yetirib. S. Ağayev Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisənin su üstündə yaranan mübahisəyə görə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Избранный
24
50
bizim.media

10Источники