RU

Rusiya 15 Avropa mediasını blokladı “Aİ nin 16 cı sanksiya paketinə cavabdır...”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya 15 Avropa nəşrinə qarşı məhdudlaşdırıcı tədbirlər görüb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında konkret hansı media qurumlarının bloklandığı qeyd olunmasa da, bu addımın Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 16-cı sanksiya paketinə cavab olaraq atıldığı bildirilib.

Məlumatda vurğulanıb ki, Avropa İttifaqı tərəfindən Rusiya mediasının məhdudlaşdırılmasına cavab olaraq, bu dəfə Avropa informasiya resurslarına qarşı məhdudiyyətlər tətbiq edilib. Qeyd olunub ki, Aİ-nin 16-cı sanksiya paketi Rusiyanın bir sıra media qurumlarına şamil olunub. Onların arasında Eurasia Daily, Fondsk, Lenta, News Front, Rubaltic, South Front, Strateji Mədəniyyət Fondu və Krasnaya Zvezda kimi nəşrlər var.

Rusiya XİN-in açıqlamasında qeyd olunub: “Əgər Avropa İttifaqı tərəfindən Rusiya KİV-lərinə və informasiya kanallarına qarşı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılarsa, Moskva da bu qərarına yenidən baxmağa hazırdır”.

Xatırladaq ki, Aİ-nin 16-cı sanksiya paketi 2025-ci ilin 24 fevralında – Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin üçüncü ildönümündə qəbul edilib. Bu paket çərçivəsində 48 fiziki və 35 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq olunub. Sanksiya siyahısına daxil edilənlər arasında Hindistan, Qazaxıstan, Çin, BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistan şirkətləri də yer alır. Aİ bu şirkətlərin Rusiyanın sanksiyalardan yayınmasına kömək etdiyini bildirib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
50
azpolitika.info

10Источники