RU

İTV-dən Kənan MM-in iddialarına CAVAB

Aktyor-rejissor Kənan Mahmudov (Kənan MM) İTV rəhbərliyini monopoliya yaratmaqda ittiham edib. Sosial şəbəkə hesabında mütəmadı bu kanalla bağlı paylaşımlar edən Kənan MM bildirib ki, telekanal rəhbərliyi yalnız öz tanışlarından layihələri qəbul edir, digər rejissorları isə yaxına buraxmır. Onun bu barədə paylaşımlarına aktyor Hikmət Rəhimov da dəstək verib. Tanınmış sənətçi də bildirib ki, İTV rəhbəri Balaş Qasımov yaradıcı məsələlər üzrə Baş direktorun köməkçisi Yalçın Verdiyevi telekanaldan uzaqlaşdırmalıdır. Onun sözlərinə görə, Y.Verdiyev öz ətrafını İTV-də toplayıb.​

Publika.az xəbər verir ki, telekanaldan isə “Qafqazinfo”nun sorğusuna cavab verilib. Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində hər hansı inhisarçılıq halları mövcud deyil və prinsip etibarilə belə bir vəziyyət mümkün də deyil:

“Şirkətdə seriallar və sənədli filmlər üzrə qərar verilməsi aşağıdakı mərhələlər üzrə aparılır. Ssenari prodüser və ya rejissordan qəbul edilir.

Daha sonra onun dəyərləndirilməsi aparılır. Bu proses 3 meyar üzrə həyata keçirilir:

-Məzmunun orijinallığı, onun ictimai maraq və əhəmiyyət kəsb etməsi;
-Ssenarini təqdim edən rejissor və ya prodüserin indiyədək ərsəyə gətirdiyi işlərin keyfiyyəti, peşəkar təcrübəsi;
-Layihənin reallaşması üçün nəzərdə tutulan ehtimal olunan büdcə

Bu meyarların hər biri bizim üçün önəmlidir və seçim üçün təqdim edilən ssenari bunların hər birinə cavab verməlidir. Sənədli film və serial istehsalı üçün ayıra bildiyimiz büdcə məhdud olduğundan Şirkət bu seçimə çox dəqiq yanaşır. İndiyə qədər İctimai Televiziya bir sıra rejissorlarla uğurlu iş birliyi nəticəsində onlarla layihə həyata keçirib. Bu layihələr İctimai Televiziyanın auditoriyası tərəfindən bəyənilib və cəmiyyətdə geniş rezonansa səbəb olub.
Eyni zamanda, İctimai TV ölkədə yaradıcılıq mühitinin təşviqi üçün hətta öz efirində yayımlanmayacaq filmlərin belə çəkilişlərinə texniki və təşkilati dəstək verib.

Избранный
11
17
publika.az

10Источники