RU

Bu karikatura Türkiyədə qalmaqala səbəb oldu - Foto + Video

Türkiyənin “Leman” jurnalının növbəti sayı qalmaqala səbəb olub.

“Qafqazinfo” “Sabah” nəşrinə istinadən xəbər verir ki, jurnal növbəti buraxılışında Məhəmməd peyğəmbər və Musa peyğəmbəri bombalanan şəhərlər üzərində təsvir edib.

İstanbul Prokurorluğu “Leman” jurnalı barədə həmin karikaturaya görə araşdırma başladıb.

Prokurorluq dini dəyərlərin təhqir edildiyi iddiası ilə jurnalın dörd işçisinin saxlanılması barədə qərar verib. Bu çərçivədə karikaturanı çəkən əməkdaş Doğan Pehlevan və baş redaktor saxlanılıb.

Həmçinin istintaq çərçivəsində jurnalın müvafiq sayının yığışdırılmasına qərar verilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında karikaturanı çəkən Doğan Pehlevanın saxlanılma görüntülərini yayıb.

Избранный
25
4
qafqazinfo.az

10Источники