RU

Gözümün şahidiyəm ki, qardaşlarıma öldürücü işgəncə verilib

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın təhlükəsizlik orqanları tərəfindən qətlə yetirilən Səfərov qardaşları bu gün Ağcabədidə dəfn olunacaq.

Axşam.az xəbər verir ki, mərhum Ziyəddin və Hüseyin Səfərovların qardaşı Seyfəddin Hüseynli media nümayəndələrinə açıqlama verib. O bildirib ki, nəşlərin tanınması prosesində iştirak edib və dəhşətli mənzərə ilə qarşılaşıb:

“Dövlətimiz bununla bağlı çox böyük qətiyyət göstərdi, ciddi addımlar atıldı. Qısa zamanda cənazələr vətənimizə gətirildi. Cənazələrin qarşılanmasında izdiham var idi. İnsanlar öz kədərini və qəzəbini bildirirdilər.

Azərbaycanda yüksək peşəkar heyət tərəfindən təşkil olunan məhkəmə tibbi ekspertiza prosesi aparıldı. Nəşlərin tanınmasında mən özüm iştirak etdim. İstintaq orqanlarının işinə qarışa bilmərəm. Amma gözümün şahidiyəm ki, onlar böyük işgəncələrlə bu vəziyyətə salınıblar. Qardaşlarımın nəşinin vəziyyəti, onların bədənindəki ağır, öldürücü işgəncə əlamətləri tam əminliklə göstərdi ki, işgəncə verilib. Bunu böyük ağrı hissi ilə qarşıladım. Təəssüf doğuran haldır ki, Rusiya tərəfinin bu hadisə ilə bağlı ilk gündən verdiyi açıqlamada onların stabil vəziyyətdə, həyəcandan, ürək tutmasından dünyalarını dəyişmələrinin onların çirkin simasına xas uydurma olduğu mənim gözümün qarşısında təkrar öz təzahürünü tapdı. 

Orda qalanlardan ciddi xəsarət alanlar da var. Onların bir qismi hələ də təcridxanadadılar. Onlar barəsində uydurma məhkəmə prosesi keçirilir. İçərisində mənim qardaşım, 61 yaşlı Səfərov Zakir Mehdi oğlu da var. Ona məhkəmə tərəfindən verilən 72 saat müddət artıq başa çatmasına baxmayaraq, mənə elə gəlir ki, onun çıxması üçün, süni maneələr yaradılır. Amma ümidvaram ki, belə olmaz".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
3
axsam.az

10Источники