İran Xarici İşlər Nazirliyi ABŞ-la danışıqların bərpası üçün şərt açıqlayıb.
KONKRET.az xəbər verir ki, İran Vaşinqtondan hücumun təkrarlanmayacağına dair zəmanət alarsa, nüvə məsələsində ABŞ-la danışıqları bərpa etməyə qərar verəcək.
Bunu İranın xarici işlər naziri Abbas Araqçı CBS News-a deyib.
“Danışıqların bu qədər tez davam edəcəyini düşünmürəm. Əgər amerikalılar bir daha hücum etməyəcəklərinə zəmanət versələr, o zaman danışıqları bərpa etməyi qərara alacağıq. İran İsraillə münaqişə zamanı özünü müdafiə qabiliyyətini nümayiş etdirib və təcavüz təkrarlanarsa, Tehran bunu bir daha göstərəcək”, – o vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az