RU

Şirvan kanalında batan vətəndaşın meyidi tapılıb – YENİLƏNİB

Bakı, 1 iyul, AZƏRTAC

Şirvan kanalının Hacıqabul rayonunun Qarasu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Fövqalədə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

FHN-in İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 1934-cü il təvəllüdlü Süleyman Xanəhməd oğlu Salahovun meyidi suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

13:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan kanalının Hacıqabul rayonunun Qarasu kəndindən keçən hissəsində və Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Salmanbəyli kəndindən keçən hissəsində vətəndaşların batması barədə məlumatlar daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a bildiriblər ki, məlumatlarla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib.

Hazırda batdığı ehtimal olunan müvafiq olaraq 1934-cü il təvəllüdlü Süleyman Xanəhməd oğlu Salahov və 2008-ci il təvəllüdlü Anar Rəşad oğlu Əmirovun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Избранный
14
50
azertag.az

10Источники