RU

Bu ay Bakıda D-8-in Gənclər Forumu keçiriləcək

D-8 təşkilatı iyul ayında Bakıda Gənclər Forumu keçirməyə hazırlaşır.
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu D-8-in Baş katibi İsiaka Abdulqadir İmam Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən "Ölkə müdaxilələri: Gənclərin milli strategiyalarının dayanıqlı inkişafa töhfəsinin qiymətləndirilməsi üzrə milli perspektivlər" mövzusunda panel sessiyanın iştirakçılarına unvanladığı videomuraciətdə deyib.

O, müraciətində vurğulayıb ki, Bakı bu ay D-8-in Gənclər Forumuna ev sahibliyi edəcək:

"D-8 gənc nəslin potensialının üzə çıxarılmasına kömək edən proqramların həyata keçirilməsində Azərbaycanın və digər iştirakçı ölkələrin dəstəyinə, həmçinin tərəfdaşlar və beynəlxalq təşkilatlar, o cümlədən ECO ilə qarşılıqlı fəaliyyətə ümid edir".
Избранный
22
50
sherg.az

10Источники