RU

Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında sənədlər imzalanıb

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” ("Yol xəritəsi") imzalanıb.

Teleqraf xəbər verir ki, Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu çərçivəsində baş tutan imzalanma mərasimində sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfdən isə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

İmzalanma mərasimində qeyd olunub ki, bu sənəd iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin həyata keçiriləcək praktiki tədbirlər sayəsində daha da genişləndirilməsinə xidmət edir.

Qeyd edək ki, mərasimdə tərəflər həmçinin Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamentini də imzalayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
15
sherg.az

10Источники