RU

Baş katib: Azərbaycan ECO-nun işinə mühüm töhfələr verir

Ağdam, 1 iyul, AZƏRTAC

Azərbaycan hökumətinə və xalqına möhtəşəm qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi adından təşəkkürümüzü bildiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə ECO-nun Baş katibi Əsəd Məcid Xan Ağdamda ECO Həftəsi çərçivəsində keçirilən ECO-nun Gənclər Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan ECO-nun işinə mühüm töhfələr verir, regionda inkişafı və firavanlığı təşviq edir. Forumun Qarabağ regionunda keçirilməsi isə böyük əhəmiyyət kəsb edir. “Həftə çərçivəsində mühüm tədbirlər keçiriləcək, strateji sənəd qəbul ediləcək. ECO-ya üzv ölkələrin liderləri bir araya gələrək regionla bağlı fikirlərini bölüşəcəklər”, - deyə Baş katib vurğulayıb.

Избранный
36
44
azertag.az

10Источники