RU

“Monako” Ansu Fati ilə gücləndi

“Monako” 22 yaşlı ispaniyalı sol cinah hücumçusu Ansu Fatini “Barselona”dan icarə əsasında Knyazlıq klubunun heyətinə qatıb.

Arena.az bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

İcarə müqaviləsi 2025/2026-cı illər mövsümünü əhatə edəcək və Knyazlıq klubuna məccani əsasda başa gələcək. Müqavilə “Monako”ya Fatinin tamhüquqlu əsasda satın almaq imkanını da ehtiva edir. Belə bir seçim edərsə, Knyazlıq klubu “Barselona”ya 11 milyon avro məbləğində ödəniş etməli olacaq.

Fati “Monako”da “31” nömrə alrında çıxış edəcək.

Xatırladaq ki, mütəmadi surətdə zədələr alan Fati əsas komandada möhkəmlənə bilmədiyi üçün, “Barselona” gənc futbolçusunun oyun təcrübəsini təmin etmək məqsədilə, ötən mövsüm Fatini “Brayton”a carəyə vermşdi. Özünü təsdiqləmiş Fati cari mövsümdə “Barselona”ya qayıdıb. Fatinin “blauqrana” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Fati “Barselona”nın heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 11 oyun keçirib.

Fatinin “blauqrana”nın heyətində çıxışının ümumi mənzərəsi 123 oyun, 29 qol və 10 məhsuldar ötürmədən ibarətdir.

Ansu Fati 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fatinin qənimətlər muzeyində “Barelona” ilə qazandığı İspaniya Liqası çempionluğu (2022/2023), İspaniya Kuboku (2021/2024/2025) və İspaniya Super Kuboku (2022/2023) var. Fati həmçinin İspaniya yığması ilə UEFA Millətlər Lqiasının (2023) qalibi olub.

Transfermarkt” internet-portalı 22 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Избранный
50
3
arena.az

10Источники