RU

ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb

Qadınların rəqamsal bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılmalıdır.

"Report"un Laçına ezam olunmuş xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) baş katibinin müavini Silapberdi Nurberdiyev Laçında ilk dəfə keçirilən qurumun Qadınlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ECO gender bərabərliyi istiqamətində mühüm addımlar atır:

"Təşkilat qadınların dəstəklənməsi istiqamətində israrlıdır. Çünki qadınlar mühüm qərarların qəbul olunmasında vacib rol oynayır. Buna görə də onlar iqtisadi sahədə aktiv olmalıdır".

O əlavə edib ki, Forum qadınn güclü iqtisadi cəmiyyətin qurulmasında oynadığı rolu bir daha ortaya çıxaracaq:

"Biz iqlim problemlərin həllində qadınlara imkan yaratmalı və yaşıl iqtisadiyyatda onlara fürsət tanımalıyıq. Həmçinin elm və texnologiya sahəsini inkişaf etdirməliyik".

ECO rəsmisi vurğulayıb ki, təkcə ənənəvi deyil, muasir sahələrdə də qadınlara dəstək göstərilməlidir:

"Məsələn, texnologiya sahəsində də addımlar atılmalıdır. Bununla bağlı planlarımız hazırdır. Mədəni və İdman sahəsində də qadınların mövqeyini daha da gücləndirməliyik. Biz düzgün maliyyələşdirməni təmin etməli, real fəaliyyət keçməliyik. Qadınlar arasında rəqamsal bacarıqlar daha geniş yayılmalıdır".

Избранный
17
7
report.az

10Источники