RU

Avropanın qaz təminatında Azərbaycanın payı açıqlandı

Avropa bütün müşahidə dövrü üçün mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üzrə rekord vurub.

Musavat.com "Gas Infrastructure Europe"nin (GIE) məlumatlarına istinadən xəbər verir ki, iyunun sonunda Avropa terminallarından Aİ-nin qaz ötürücü sisteminə LNG axını təqribən 12,16 milyard kubmetr təşkil edib ki, bu da may ayı ilə müqayisədə 5 faiz az olsa da, 2024-cü ilin iyun ayı ilə müqayisədə 49 faiz çoxdur.

Ümumilikdə, ilin birinci yarısının sonunda Avropa qaz ötürmə sisteminə terminallardan LNG tədarükü təxminən 71,7 milyard kubmetr təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21 faiz çoxdur.

Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) 29 iyun tarixinə olan məlumatlarına görə, 2025-ci ildə LNG tədarükü Avropa üçün qaz mənbələri arasında paya görə birinci yeri tutur – 42 faiz. İkinci yerdə 27 faiz payla Şimal dənizindən (əsasən Norveç qazı), üçüncü yerdə isə 9,4 faizlə qaz anbarların gəlir.

Bu, Şərqdən (Rusiya qazı, Ukrayna qazının tədarükü, həmçinin Avropa şirkətləri tərəfindən Ukraynanın yeraltı qaz anbarlarından qazın çıxarılması) tədarük göstəricilərini üstələyib - 4,6 faiz. Şimali Afrikadan qaz tədarükü 9,9 faiz, Böyük Britaniyadan 3,7 faiz, Azərbaycandan 3,4 faiz təşkil edib.

Musavat.com

Избранный
27
50
musavat.com

10Источники