"Liverpul"un və Portuqaliya yığmasının hücumçusu Dioqo Jotanın avtomobil qəzası nəticəsində öldüyü barədə məlumat vermişdik. Onun ölümnün detalları məlum olub.
Publika.az xəbər verir ki, 28 yaşlı futbolçu qəzaya İspaniyanın Zamora əyalətində A-52 magistralının 65-ci kilometrliyində, Palasios de Sanabria bələdiyyəsi ərazisində uğrayıb. Jotanın 26 yaşlı qardaşı Andre ilə getdiyi avtomobil sürüşərək yoldan çıxıb və yanmağa başlayıb. Şahidlərin sözlərinə görə, yanğın çox güclü olub və alov qısa zamanda avtomobili bürüyüb. Hətta ətrafdakı bitkilər də yanmağa başlayıb.
Qeyd edək ki, son zamanlar Jotanın həyatında üç əlamətdar hadisə yaşanıb. O, əvvəlcə "Liverpul"la ikinci dəfə İngiltərə çempionu olub. İyunun 4-də Portuqaliya millisi ilə Millətlər Liqasını ikinci dəfə qazanıb. İyulun 22-də isə Jotanın Rute Kardoso ilə toy mərasimi baş tutub. Onun 3 övladı var idi.