RU

Günəş sistemində sirli obyekt aşkar edildi

Alimlər Günəş sistemində naməlum səma cisminin aşkar edildiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Atlas” adı verilən obyektin ulduzlararası kosmosdan gəldiyi və sürətlə Yerə doğru irəlilədiyi bildirilib. Lakin toqquşma riski yoxdur.

Araşdırmalar göstərir ki, diametri təxminən 20 kilometr olan bu cisim ulduzlararası mənşəlidir və Beynəlxalq Astronomiya İttifaqı tərəfindən “Yerə yaxın olan potensial obyektlər” siyahısına əlavə edilib.

Mütəxəssislər qeyd edirlər ki, “Atlas” qırmızı planet Marsın yaxınlığından keçəcək və sonra Yerdən uzaqlaşacaq. Alimlər həmçinin bildirirlər ki, bu cisim daha əvvəl Günəş sisteminə daxil olmuş digər ulduzlararası cisimlərdən — o cümlədən 2017-ci ildə aşkar edilən “Oumuamua”dan — daha sürətlidir.

Əgər “Atlas”ın ulduzlararası mənşəyi təsdiqlənsə, o, Günəş sisteminə daxil olan üçüncü belə obyekt olacaq.

Избранный
16
2
manset.az

10Источники