RU

"Cavan gəlinlər yemək bişirmək istəmirlər" - Telli Pənahqızından həyəcan təbili

“Cavan gəlinlər istəmirlər ki, mətbəxdə məşğul olsunlar. Bizim mətbəximizin inciləri yaddan çıxacaq. Hər bir yeməkdə analarımızın əlinin istisi, nənələrimizin məhəbbəti, bayatıları var idi.

Mənim nənəm, anam içində oxuya-oxuya, zümzümə edə-edə xörək bişirirdi. Amma indi hansı mətbəxdən zümzümə səsi gəlir? Hansı ana yemək bişirib övladının qabağına qoyur və o da böyük məmnuniyyətlə "çox sağ ol" deyir? Nadir hallarda bu, baş verir və bunları qorumaq lazımdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü, şairə, publicist Telli Pənahqızı “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimat mərasimində deyib.

O qeyd edib ki, yeni kitablar çap etsək də, bu kitabları heç kəs oxumayacaq:

“Evdə saxlayacağıq. Hansısa bir qonaq gələndə deyəcəyik ki, "Baxın, bizim mədəni irsimiz bu cür zəngindir". Sosial şəbəkələrdə ermənilər çoxlu paylaşımlar. Bizim təndirimizdə lavaş bişirirlər və rusları, qonum qonşuları da çağırıb deyirlər ki, buyurun bir dadına baxın.
 

Mən həmişə deyirəm ki, "Əzizlərim, evinizdə xörək, dolma, plov bişirirsiniz, bir rus qonşunuzu çağırın, gəlsin, ona bir tikə pay verin" və deyin ki, "bu, bizim məhsulumuzdur, bunu biz hazırlamışıq, Azərbaycan yeməyidir”. Çox təəssüf ki, bunu etmirik. Bütün bunların hamısının əziyyətini çəkə-çəkə kitab yazmışıqsa, kitab bizim tariximizdir. Amma gəlin ailələrimizin içində xörək mədəniyyəti, mətbəx mədəniyyətinə diqqət yetirək. Çünki biz onu etməsək, biz evimizdə xörək bişirməsək, biz uşağımıza ev xörəyi yedirtməsək, kitablar da heç kimə lazım olmayacaq.


Bəlkə məni qınayacaqlar. Çox gözəl tariximiz var. Çox gözəl mətbəximiz var. Mətbəximizi yaradanlar var. Nə qədər ki, bizim uşaqlarımız “fast-food” yeməkləri ilə böyüyürlər, bizim mətbəximiz də elə bu kitabda qalacaq. Ona görə də mən üz tuturam bizim qadınlarımıza bu barədə bir təbliğat işi başlayaq. Gəlin, mətbəxlərimizə qayıdaq. Gəlin, nənələrimizin, analarımızın zümzüməsi ilə bişən xörəklərin dadını uşaqlarımıza daddıraq”. (ölkə.az)

Bizim.Media

Избранный
18
50
bizim.media

10Источники