RU

ABŞ bütün silah tədarükünü dayandırmayıb Dövlət Departamenti açıqlama yaydı KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüce Ukraynaya silah tədarükünün tamamilə dayandırılması barədə yayılan məlumatlara aydınlıq gətirib. Onun sözlərinə görə, bu, yalnız bir konkret vəziyyətlə bağlıdır və ümumi silah tədarükünə şamil olunmur.

KONKRET.az xəbər verir ki, Brüce məsələ ilə bağlı belə deyib:“Biz Ukraynaya silah tədarükünü dayandırmamışıq. Bu, yalnız bir aspekt, bir situasiya, bir hadisədir. Müdafiə Nazirliyindən də eşitdiyiniz kimi, Ukraynaya silah yardımı ilə bağlı çoxsaylı alternativ və sabit imkanlar mövcuddur”.

Xatırladaq ki, bundan əvvəl Pentaqon bəzi silah sistemlərinin, o cümlədən Patriot hava hücumundan müdafiə raketlərinin tədarükünün dayandırıldığını bildirmişdi. Rəsmi izahata görə, qərar ABŞ-ın öz hərbi ehtiyatlarının azalma təhlükəsi ilə bağlı verilib.

Bəzi Qərb mediasında bu addım “ABŞ-ın Ukrayna müharibəsindən çıxması” kimi qiymətləndirilsə də, Dövlət Departamenti bu iddiaları təkzib edib.

Mövzu ilə bağlı müzakirələr davam edir. Ekspertlər bu qərarın Rusiya ilə mümkün danışıqlarda Ukraynaya təzyiqi artırmaq məqsədi daşıyıb-daşımadığı məsələsinə də diqqət çəkirlər.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
24
konkret.az

10Источники