ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçı gələn həftə İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək üçün Osloda görüşə bilərlər.
Publika.az xəbər verir ki, bu barədə "Axios" öz mənbələrinə istinadla məlumat yayıb.
Qəzet iki məlumatlı mənbəyə istinadən yazıb: "Prezidentin nümayəndəsi Stiven Vitkoff nüvə danışıqlarını bərpa etmək üçün Osloda İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşməyi planlaşdırır".
Qeyd olunub ki, görüşün tarixi hələ müəyyən edilməyib və tərəflərdən heç biri danışıqlarda iştirak etmək niyyətini açıq şəkildə təsdiqləməyib.