RU

Tramp Qəzzada atəşkəs elan edəcək bu tarixdə...

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın 7 iyulda İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşündə Qəzza zolağında atəşkəs elan edəcəyi gözlənilir.

Bakıvaxtı.az bu barədəİsrailin "Yediot Ahronot" qəzetinə istinadla xəbər verir.

Belə ki, məlumata görə, tərəflər HƏMAS-la atəşkəs və məhbus mübadiləsi razılaşması üzrə razılığa yaxınlaşır.

HƏMAS-ın razılaşmaya müsbət yanaşdığı, lakin bəzi məsələlər – xüsusən fələstinli əsirlərin azadlığı ilə bağlı çətin danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, bu günə qədər İsrailin hücumları nəticəsində Qəzzada 102 fələstinli həlak olub.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
41
bakivaxti.az

10Источники