RU

Eldor Şomurodov Türkiyə Superliqa klubuna icarəyə verildi

style='margin-bottom:10px;'>

İtaliyanın "Roma" komandasının özbək hücumçusu Eldor Şomurodov Türkiyənin "İstanbul Başakşəhər" klubuna icarəyə verilib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, müqavilədə futbolçunun transfer hüququnun alınması imkanı da yer alıb. Bu, müəyyən şərtlər yerinə yetirildiyi halda məcburi olacaq və ümumi məbləği bonuslar da daxil olmaqla 7 milyon avro təşkil edəcək.

2024/2025 mövsümündə İtaliya A Seriyasında 30 yaşlı Eldor Şomurodov 27 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib. Hücumçunun Avropa Liqasında isə 8 oyunda 2 qolu və 1 assisti var.

Избранный
12
6
teleqraf.com

10Источники